• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 19.02.2019 13:45

Gənc oğlan ona salam verməyən şəxsi öldürdü

KepezTV Player

Sumqayıtda qanlı olay yaşanıb. Hadisə Tibb kollecinin yanında yerləşən çayxananın arxasında qeydə alınıb. Sumqayıt şəhərində yaşayan Kəlbəcər sakini, 29 yaşlı Babək Həsənov Kotec qəsəbə sakini, həmyaşıdı Aydın Seyidovu ona salam verməməsi səbəbindən ucu kəsici-deşici olan alətlə vuraraq öldürüb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib. Babək Həsənov şübhəli şəxs qismində tutulub və törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.