• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 19.02.2019 15:01

Gəncə Dövlət Kukla Teatrında “Cadugər və gözəl” tamaşası nümayiş etdirilib

KepezTV Player

Gəncə Dövlət Kukla Teatrında balaca istedadların təqdimatında “Cadugər və gözəl” tamaşası nümayiş etdirilib. Tamaşa uşaq teatr sənəti adlı orta məktəblərdə öyrədici pilot layihə çərçivəsində təqdim edilib.

Səidə Haqqverdiyevanın ssenarisi əsasında hazırlanan tamaşada 17 nömrəli məktəbin şagirdləri ilə yanaşı digər məktəblərin şagirdləri də müxtəlif obrazları canlandırıblar. Sözügedən layihə Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə II qrant müsabiqəsi çərçivəsində reallaşdırılıb. 

Söhrab Hacıyev - Gəncə Şəhər Metodiki Mərkəzin direktoru : “Təhsil Nazirliyi tərəfindən təhsilin iknişafı innovasiyalar üzrə ll qrant müsabiqəsi həyata keçirilmişdir. Bu layihə fevral ayından başlamış, mart ayına kimi davam etmişdir. Təşkilat komitəsi tərəfindən may ayının 25-də qrant müsabiqədə qalib gələn qaliblər haqqında məlumat verilmişdir. Ümumilikdə qrant layihə 850 layihə təqdim edilmişdir. Təhsil nazirliyinə bu iki kateqoruyada həm fərdi, həm də məktəblər koteqoriyasında. Bunlardan 41 məktəb kateqoriyası 125 fərdi kateqoriyada qaliblər olmuşdur və bu qaliblər hamılsı təhsil nazirliyi tərəfindən maliyyələşdirilmişdir.  ”

Layihənin məqsədi, məktəblilərdə teatr bacarığını inkişaf etdirməklə, onların teatra olan maraqlarını artırmaqdır. Bununla yanaşı layihə uşaqlarda kollektivlə işləmək, asudə vaxtlarını səmərəli təşkil edə bilmək bacarığını da formalaşdırır.

Nərgiz Həsənova - 17 saylı orta məktəbin direktoru: “Biz də uşaq teatr sənəti adlı öyrədici pilot layihədir ki bu layihəni qazanmışıq və məqsəd o idi ki, şagirdlərdə teatra marağı , ən birincisi oyatmaq maraqları olsun. Hər bir zaman və hər şagirdin özünəməxsus bacarıqlarını görsətmək.”

Şamil Məmmədli - quruluşçu rejissor: “Ssenari üzrə isə 30 nəfər uşaq bu tamaşada oynayırlar. Ssenarimizdən qısa məlumat verim ki, həmişə olduğu kimi cadugər öztürk əməllərindən əl çəkmir şəhzadə eram və mərhəmətli şəhzadə ellanı tilsimləyir və bütün nağıl qəhrəmanları bir yerə toplaşaraq Şəhzadə Ellanı xilas etməyə çalışırlar. Onu da deyim ki, bu uşaqlar indiyədək heç vaxt professional teatr səhnəsində olmayıblar onun üçün onları bu rollara uyğunlaşdırmaq üçün, teatra uyğunlaşdırmaq üçün hardasa 3-4 ay məşqlərimiz oldu.”

Uşaqların teatra həvəsi tamaşanın məşqləri zamanı özünü biruzə verib.

Raya Hüseynzadə - məktəbli: “Cadugər rolundayam. Bu çox gözəl hissdir və buna da böyük bacarıq lazımdır. Cizgi filmlərində gördüyümüz qəhrəmanları özümüz canlandırdıq. Mənim üçün gözəl hiss idi. Əvvəlcə gəlirdim həqiqətən də tamaşalara özüm baxırdım. İndi isə hər kəs gəlib mənə baxacaq.”

Sevinc Qurbanova - məktəbli: “Şəhzadə Ella. Çox maraqlı hissdir. Biz bu maraq üçün də insana çoxlu istedad lazımdır ki, rolu canlandıra bilsin. Əgər belə getsə, qarşıda aktrisa da ola bilərik.” 

Şəhla Səfərova – tamaşaçı: “Çox gözəl hazırlanıb. 17 saylı məktəbin kollektivi , direktoru başda olmaq şərtiylə gözəl tamaşa hazırlayıblar. Uşaqlar özlərinə yeni dostlar tapıblar. Yeni qrup yaranıb burda.” 

Şəlalə Əliyeva - tamaşaçı: “Tamaşa çox gözəl, çox maraqlı idi. Uşaqlarımız burda vaxtlarını səmərəli istifadə edirlər. İstəyirəm ki, belə tamaşaların ardı olsun.”

İlk təcrübə şagirdlərə yeni tamaşalar üzərində işləmək imkanı qazandırıb.  

 

Fidan Muradlı