• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 19.02.2019 14:36

Şəmkirin bu kəndində sakinlərin illərdən bəri davam edən su problemi həllini tapır

KepezTV Player

Xaricdə fəaliyyət göstərən Şəmkirdən olan iş adamları rayonda tək gəlir gətirən sahələrə investisya yatırmırlar, eyni zamanda sosial layihələrə dəstək verirlər. Rayonun Zəyəm-Cırdaxan kəndinə yeni su xəttinin çıkilişi deyilənlərə sübutdur.
Şəmkir rayon İcra Hakimiyyəti və Zəyəm Cırdaxan kəndindən Rusiyada fəaliyyət göstərən iş adamlarının birgə səyi nəticəsində uzun illərdir susuzluqdan əziyyət çəkən kəndə yeni su xəttinin çəkilişinə başlanılıb.

Bayram Abdullayev - Zəyəm Cırdaxan kənd icra nümayəndəsi: Zəyəm Cırdaxan kəndinin ən böyük problemlərindən biri su problemi idi. Artıq su çəkilişinə start vermişik. Demək olar ki su xətti bizim kənddə gedən so nra bu problem öz həllini tapacaq.

Kəndi normal su ilə təchiz etmək üçün 730 millimetrlik polad borularla ümumi uzunluğu 7 klometr olan yeni kəmər çəkilir. Su xətti mənbəyini Zəyəm çayından götürür. Yeni xəttinin istismara verilməsi nəticəsində təkcə Zəyəm Cırdaxan kəndi deyil, ətraf bir neçə yaşayış məntəqəsinin də su ilə təchizatı normallaşacaq.

Alı Burciyev - iş adamı: Bizdən başqa Düyərli və Zəyəmdə su problemi var. Onlarında böyük bir qisminin su problemi həll olunacaq. Sağolsun hər bir kəs kimin bu işdə əməyi var minnətdarıq. Bu elin obanın işidir.

Hacı Hacıyev - sakin: Alıbəy kanalı var əvvəllər suyu oradan götürürdük. İndi bu su xətti çəkilir. Bütün işlərimiz öz qaydasında gedəcək.

Zəyəm Cırdaxan kəndi rayon mərkəzindən 25 kilometr uzaqlıqda yerləşir və əhalisinin sayı 10 minə yaxındır.

 

Natiq Hüseyn