• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3159
— 18.02.2019 21:40

Kürəkən qayınatasının mal-qarasını oğurladı

KepezTV Player

Salyanın Kürqaraqaşlı kənd sakini Gülağa Salmanov Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus 2500 manat dəyərində 1 baş iribuynuzlu qaramal və onun 500 manat dəyərində olan balasının oğurlandığı barədə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayonun Arbatan kəndində yaşayan Rabil Rəhimov və tanışları, Lerik rayonunun Züvüç kənd sakinləri - Müşfiq Quliyev və qardaşı Xoşbəxt Quliyev saxlanılıblar. İlkin istintaq zamanı məlum olub ki, oğurluqda şübhəli bilinən Rabil Rəhimov şikayətçi Gülağa Salmanovun kürəkənidir. Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb.