Qayda pozuntusu etdiyi üçün Xətai rayonu ərazisində saxlanılan sürücü Fərrux Süleynmanovun yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. O, sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə cəlb olunub.
Son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, daş parçaları və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasına, arxa hissəsinin isə aşağı düşməsinə nail olurlar. Reyd zamanı bu üsulla nəqliyyat vasitəsinin görünüşünü dəyişən sürücülər də aşkar edilib. Nəsimi rayonunda saxlanılan “Vaz 2107” markalı avtomobilin yük yeri yoxlanılan zaman oradan iri daş parçaları aşkar olunub.
Profilaktik tədbir zamanı daha bir sürücü avtomobili sürətlə, digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradaraq idarə etdiyi üçün Yasamal rayonu ərazisində saxlanılıb. “Kia” markalı maşının sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün barəsində inzibati protokol tərtib edilib.
Nəzarət tədbiri zamanı nəqliyyat vasitələrinin konstruksiyasında dəyişiklik edən sürücülər də müəyyən edilib. Həmin sürücülər inzibati qaydada cərimə edilib və nəqliyyat vasitələri cərimə duracağına yerləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları belə maarifləndirici tədbirləri bundan sonra da davam etdirəcəklər.
- Baxış: 527