• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1867
— 18.02.2019 17:07

Məktəbli qız dəm qazından boğuldu

KepezTV Player

Biləsuvarda 11-ci sinif şagirdi babasının evində dəm qazından boğulub. Xırmandalı kəndində yaşayan 18 yaşlı Elxanə Hüseynzadənin ölməsi barədə məlumat daxil olan kimi polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub. İlkin araşdırma zamanı müəyyən edilib ki, Hüseynzadə çimmək üçün babasına məxsus evin həyətində yerləşən hamama girib və orada dəm qazından boğularaq vəfat edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.