5 baş qoyunu sürüdən ayırıb parçalayan yırtıcıların daha 2 qoyunu öldürdüyü də məlum olub. Yaranmış vəziyyətlə əlaqədər sakinləri həyacanlandırır. Baytarlar isə sürünü sahibsiz buraxmamağı tövisyyə edir.
Canavarların hucumu bu dəfə Goranboyun Eyvazlılar və Boluslu kəndlərində baş verib. Kənd sakini Elman Adıgözəlov özünə və bir neçə kəndlisinə məxsus qoyunları otaran zaman 3 canavar xırdabuynuzlulara hücum edib. Səs-küy edib vəhşi heyvanları uzaqlaşdırmağa çalışan çoban, daha 2 canavarın da sürüyə yaxınlaşdığını görüb. Heyvanları örüşdən qaytaran zaman 7 baş qoyunun olmadığın görüb.
Elman Adıgözəlov - kənd sakini: Saat 11-ə işləmişdi Kamil baba bizim kənddə onunla orada qoyun otarırdıq. Qoyunun içərisndən qovalayıb çıxara bilmirdik. 2 canavar idi. Qoyunu tutduğunu görmədik. Qapıya gətirəndən sonra gördük ki 5-i yoxdur.
Canavarların sürüdən ayırıb parçaladığı 5 baş qoyundan 2-nin sahibi olan Oktay Xəlilov, xırdabuynuzluların otarıldığı əraziyə baxış keçirsə də heyvanların yalnız ikisinin cəsədini tapa bilib. Eyvazlılar sakinləri canavarların otlaq sahələrində tez-tez göründüyünü əsas tutaraq aidiyyatı qurumlardan kömək istiyirlər.
İbrahim Xəlilov - kənd sakini: Gecə olanda kənddə də girirlər. Mümkün deyil axşam saat 5-6 oldu məhlələrin yanında dövrə vururlar. İcra nümayədimiz var ona dedik o da dedi gəlib tədbir görəcəyik. Rayona zəng edəcəm. Hələ ondan bir xəbər yoxdur. Bizə dolanmağa imkan vermir. Bunun tədbiri görülsün. Görülmürsə də bizim heyvan saxlamağımız mümkün deyil. Gərək qıraqda duraq.
Goranboy rayon Byatralıq İdarəsinin həkimləri dezinfeksiya işləri aparsa da çıxış yolunu qoyun-quzunu sahibsiz buraxmamaqda görür.
Elsevər Hüseynnov - Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: Fermerlər və sahibkarlarla mütəmadi marifləndirici söhbətlər aparılır ki heyvanlar sahib siz buraxılmasın daimi olaraq heyvanlar nəzarətdə saxlanılsın.
Bu son bir ayda rayonu ərazisində qeydə alınan 3-cü analoji haldır. Nəticədə sakinlərin 20 baş qoyunu canavarlar tərəfindən məhv edilib.
Natiq Hüseyn
- Baxış: 553