• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1936
— 18.02.2019 14:07

Kəlbəcərdən olan müharibə veteranları “Murov şəhidləri”ni anıblar

KepezTV Player

25 il öncə Murov dağı ətrafında gedən döyüşlərdə qəhrəmanlıq göstərən şücaətindən danışılıb. Qarabağ döyüşlərində Kəlbəcərdən 260-ı hərbiçi olmaqla 502 şəhid, 280 nəfərin isə  əlil olub. 2 nəfər Milli qəhrəman, 2 nəfər isə Azərbaycan bayrağı ordeninə layiq görülüb. Hazırda isə rayonda ümumilikdə 400-ə yaxın Qarabağ müharibəsi veteranı var. Qarabağ döyüşü iştirakçıları ordumuzun güclü maddi-texniki bazasından, müasir silahlarla təminatından, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji əhval-ruhiyyəsinin yüksək olmasından söz açıblar. 

Ramiz Əliyev - Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri: “Şəhidlər unudulmur, şəhidlər yaddan çıxmır. Onların ruhu bizi Murov ətəyində yox, Murovun o biri tərəfində Kəlbəcər ərazisində, Azərbaycanın bütün işğal olunmuş ərazilərində, əzəli torpaqlarımızda gözləyir. Azərbaycan xalqında, əsgərlərimizdə o qədər ruh yüksəkliyi artıb ki, Ali Baş Komandanın bir əmri bizə bəsdi ki, ordumuzun belə güclü vaxtında torpaqlarımızı işğalçılardan azad edək.Biz veteranlarda, Qarabağ Əlilləridə Azərbaycan xalqı ilə birlikdə əsgərlərimizin yanındayıq”.

 

Elnur Vahidoğlu