Şəhər üzrə 5 ərazi poliklinikasında sakinlərə terapevt, cərrah, nevropotoloq, kardoloq, oftalmoloq və digər ixtisaslı həkimlər tərəfindən xidmət göstərilir. Aksiya xəstəliklərin erkən aşkarlanması, vaxtında onun qarşısının alınması və müalicəsinin təşkili məqsədi daşıyır. Fervralın 12-dən başlayan sağlamlıq aksiyasında Gəncə şəhərinin 5 mindən çox əhalisi müayinələrdən keçirilib. Artıq aksiya iştiakçılarından bir qrupunda ilkin xəstəliklər aşkarlanıb və onlara təyinatı üzrə aidiyyatı tibb müəssilərinə göndərişlər verilib.
Tatyana Pənahova – sakin: “ Həyat yoldaşımı rentgenə salımışıq cavabını almışıq terapevtə müraciət edəcəyik ümidvaram ki, sağlamlığımızda heç bir problem yoxdur”
Xəyalə Əhmədova – sakin: “Tibbi müayinə olduğunu öyrəndim və 6 saylı poliklinikamıza müraciət elədim. Həkim qəbulunda oldum daha sonra müayinə olundum böyrəyimdə daş olduğunu bildirdilər. Qan analizidə verdim həkimlərin təyinatı üzrə müalicəmi davam etdirəcəyəm”
Arzu Məmmədova – həkim: “Poliklinikaya dəvət olunan xəstələr müayinədən keçdikdən sonra müvafiq müalicələr təyin olunur. Əgər xəstələrdə ağırlaşma aşkar olunursa göndəriş veririk xəstəxanalara. Bu günə qədər 2 mindən çox əhali poliklinikamızda müayinədən keçmiş, ilkin aşkarlanan xəstəliklərimiz var. Tibbi müayinələrimiz may ayının 12-dək davam edəcəkdir.”
Xaliq Qurbanlı
- Baxış: 716