• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1505
— 18.02.2019 13:22

Evdən 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

KepezTV Player

Cəlilabad sakininin evindən külli miqdarda narkotik vasitə aşkarlanıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Cəfərli soyadlı şəxs 79 qrama yaxın narkotik vasitə olan tiryəki satarkən cinayət başında yaxalanıb. Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Narkotik vasitəni həmin şəxsə satmaqda şübhəli bilinən həmyerlisi Novruzov da saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri ilə oradan çəkisi 2 kiloqram 158 qramdan artıq heroin, 6,1 kiloqrama yaxın tiryək, 174 qramdan çox həşiş və 42 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.