• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2189
— 18.02.2019 13:27

Mal-qara oğruları saxlanılıblar

KepezTV Player

Saatlı rayonunda mal-qara oğruları saxlanılıblar. Gomuşçu kənd sakini Feyzulla Hüseynov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək kəndin çöl sahəsindən ona məxsus 21 baş iri və xırdabuynuzlu heyvanın oğurlandığını bildirib. Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Sakin Sarıyev və Sahil Abbasov saxlanılıblar. Dindirilmə zamanı saxlanılan hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanan mal-qara sahibinə təhvil verilib. Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.