KepezTV Player
Goranboyda yırtıcılar mal-qaraya hücum edib. Hadisə Eyvazlılar kəndində baş verib. Belə ki, canavarlar kənd yaxınlığındakı örüşdə xırda buynuzlu heyvanlara hücum edərək 5 baş qoyunu parçalayıblar. Yırtıcılar tərəfindən parçalanan heyvanlardan 3-ü kənd sakini Kamil Əhmədova, 2-i isə Oqtay Xəlilova məxsusdur. Şahidlərin sözlərinə görə, sürüyə hücum edən yırtıcıların da sayı 5 olub. Eyni vaxtda canavarlar qonşuluqdakı Boluslu kəndindəki fermalardan birinə də hücum edərək, bir baş qoyunu parçalayıblar. Bu, son günlər baş verən növbəti hadisədir. Bir neçə gün əvvəl rayonun Boluslu kəndində canavarlar 7 baş qoyunu parçalayıblar.
- Baxış: 843