• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 18.02.2019 13:35

Piyada öldü, sürücü qaçdı

KepezTV Player

Bakıda piyadavurma hadisəsi olub. Qaradağ rayonu, Qızıldaş qəsəbəsində naməlum avtomobil yolu keçən qəsəbə sakini 44 yaşlı Nəzakət Şahverdiyevanı vurub. Piyada hadisə yerində ölüb.Sürücünün axtarışları davam etdirilir.

Ələt-Astara avtomobil yolunun Cəlilabadın Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qəza qeydə alınıb. "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb və yanmağa başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvələri cəlb edilib və yanğın söndürülüb. Hadisə zamanı - sürücü, Zəngilan rayon sakini, 29 yaşlı Abbas Hüseynli , sərnişinlər - Lənkəran rayon sakini, 29 yaşlı Vüsal Mirzəyev və Bakı şəhər sakini, 37 yaşlı Elşən Vərəsli xəsarət alıb. Yaralıların hamısı Bakıdakı xəstəxanalardan birinə yola salınıb.

Kürdəmir rayonunun Sığırlı kəndində də qəza qeydə alınıb. Tovuz sakini 47 yaşlı Azad İsmayılov “VAZ-2107” markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yol kənarıdakı dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü Azad İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hadisəyə səbəb kimi sürücünün sükan arxasında yatması göstərilir.

Daha bir qəza Tovuz şəhərində olub."VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü Qaraxanlı kənd sakini 34 yaşlı Ruslan İbrahimov və sərnişin 43 yaşlı Əvəz Sadıqov müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı Tovuz Rayon Mərkəzi xəstaxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Bütün faktlar araşdırılır.