• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 18.02.2019 10:03

Mitsubishi minivenini təkərlər üzərində evə çevirdilər

 

Şotlandiyanın Campers Scotland şirkəti Mitsubishi Delica D:5-in bazasında təkər üzərində ev düzəldib. D:5 Terrain adlı miniveni liftli asma, çıxarıla bilən stol, mətbəx və qaldırılan mexanizmi olan damla təmin ediblər. Yenilik 2,4 litrlik 170 at güclü MIVEC motoru ilə hərəkətə gəlir. Mühərrik variatorla işləyir. Miniven tam ötürücülüdür. Maşında 4 nəfərin yatması üçün yer, güclü litium batareyaları, günəş panelləri, yükləri saxlamaq üçün bölmə, smartfonlar üçün USB-stansiya, dönə bilən ön oturacaqlar və mətbəx əşyalarını saxlamaq üçün şkaflar var.