• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 16.02.2019 12:40

Şəmkirdə həyat yoldaşına və qayınanasına xəsarət yetirən şəxs saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həyat yoldaşı 31 yaşlı İlahə Cəfərova və qayınanası 62 yaşlı Nailə Eyyubovaya çapacaqla müxtəlif bədən xəsarətləri yetirən Kür qəsəbə sakini 32 yaşlı Elnar Cəfərov saxlanılıb. Cəfərov fevralın 14-ü səhər saatlarında qayınanası 62 yaşlı Nailə Eyyubovanın yaşadığı, Kür səbəsi Məmməd Əmin Rəsulzadə küçəsi, bina 3, mənzil 48 ünvanına gələrək həyat yoldaşı İlahə Cəfərova və qayınanası ilə mübahisə edib. Sonra isə çapacaqla qadınlara müxtəlif xəsarətlər yetirib. Hər iki yaralı Şəmkir MRX-yə çatdırılıb. Vəziyyətləri kafidir. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq aparılır.

 

Xaliq Qurbanlı