• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1658
— 15.02.2019 17:06

İstixanada çətənə kolları aşkarlandı

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakininə məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Polis əməkdaşları tərəfindən oradakı istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və çəkisi 5,1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.