• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 707
— 15.02.2019 14:17

Gəncədə Əfqanstan müharibəsi veteranları bir araya gəliblər

KepezTV Player

Gəncədə Əfqanstan müharibəsi veteranları, sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibəti ilə bir araya gəliblər. 10 il davam edən Əfqanıstan müharibəsində 7500 azərbaycanlının iştirak etdiyi, onların 208-nin geri qayıtmadığı, 450 nəfərinin əlil olduğu, 6 nəfərin itgin düşdüyü diqqətə çatdırılıb. Əfqanıstan müharibəsi veteranlarının Qarabağda gedən döyüşlərdə də fəal iştirak etdikləri, onlardan 17 nəfərinin Milli Qəhrəman adına layiq görüldüyü qeyd olunub. Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin Gəncə filialının 400 üzvü Azərbaycanın ərazi bütövlüyü uğrunda hər an döyüşməyə hazır olduqlarını ifadə ediblər.

Elbrus  Allahverdiyev - Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin Gəncə filialının sədri: Biz o vaxtı SSSR-nin tərkibindəydik. Bizidə bu müharibəyə apardılar, xalqımızın şərəf və ləyaqətini qoruduq orada. Bu gün də yenədə prezidentimizə dəstəyik.  İstənilən vaxt prezidentimizin çağırışı ilə torpaqlarımızın azad edilməsində iştirak etməyə hazırıq.