• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1196
— 15.02.2019 14:30

Gəncədə ilk dəfə olaraq Region Gənclərinin 1-ci Sahibkarlıq Forumu keçirilib

KepezTV Player

Gənclər Fondunun maliyyə dəstəyi odlar yurdu ictimai birliyinin təşkilatçılığı ilə keçirilən forumda 11 regiondan sahibkar və sahibkar olmaq istəyən 90-a yaxın gənc iştirak edib. Həmçinin foruma öz bilik və təcrübələrini bölüşmək üçün iş adamları, idarəedici şəxlər də qatlıb. Region gənclərinin sahibkarlıq faəliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların biznes layihələrinin reallaşdırılması istiqamətində təşkil olunan forumda gənclərin mövcud biznes ideyasının dinlənilməsi, təhlil olunması, eləcə də düzgün istiqamətləndirilməsi diqqət mərkəzində olub.

Zaur Osmanov - Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin aparıcı mütəxəssisi – “Azərbaycan Respublikası Gənclər Fondu olaraq qrant çərçivəsində sahibkarlıq mövzusunda bir çox gənclərə qrant ayrılıb. Bu il ərzində 12-ci qrant nəzərdə tutulub və bu qrantdan əlavə startab, yeni başlanğıclar üçün güzəştli kreditlər nəzərdə tutulub. Hazırda işləmə mərhələsindədir. İl ərzində fondun rəsmi səhifəsində bu barədə məlumat veriləcədi”.

Nigar Ələsgərova - təşkilatçı – “Sabah isə tədbirimiz Gəncə Gənclər Evində olacaq. Maliyyə hesabatlığı, biznes planın yazılması digər mövzularda bizim təlimlər olacaq ki, gənclərimiz ilkin bilikləri, vacib bacarıqları öyrənsinlər”.

 

Elnur Vahidoğlu