• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1892
— 15.02.2019 14:22

Gədəbəy sakinlərinin işi asanlaşdı

KepezTV Player

Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb. Yeni mərkəz 39 sahə üzrə əhaliyə xidmət göstərəcək.

Yeni mərkəz sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi, vaxt itkisinin qarşısının alınması, süründürməcilik və korrupsiya hallarına yol verilməməsi, vətəndaşın eyni vaxtda vahid məkanda rayon icra hakimiyyətinin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin etmək məqəsdi ilə yaradılıb. İşgüzar mühit və həssas münasibəti təmin etməklə  vətəndaş məmunluğunun yüksəldilməsi əsas hədəfdir.

Məlahət Əliyeva – sakin: Mən qayınanama məxsus əmlakla bağlı vərəsilik hüququ istəyirdim. Bilirdim ki harasa müraciət etsəm bu uzun müddət vaxt itikisinə səbəb olacaq. Eşitdim ki rayon icra hakimiyyətinin nəznində vətəndaşlara xidməti asanlaşdırmaq məqsədi ilə operativ idarəetmə mərkəzi yaradılıb. Bunun üçün bura müraciət etdim. Mənə deyəndə ki 3 gün müddətinə probleminiz həll olunacaq. İnanın o qədər sevindim. Cünki bu mənim ən azı vaxtıma qənaət deməkdir.

İsmət Məmmədov – sakin: Mən məxus olan torpaq sahəsində yaşayış yeri tikmək istəyirdim. Bununla bağlı operativ idarəetmə mərkəzinə müraciət etdim. Mənə dedilər ki 3 gün ərzində sizin sənədlərinizə baxılıb məlumat veriləcək.

Mərkəzdə rayon icra hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər olmaqla cəmi 7 nəfər daimi xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilib. Mərkəzə gələ bilməyən əlil və xəstə şəxslərə xidmət göstərmək üçün "Qaynar xətt" də yaradılıb.

İbrahim Mustafayev - Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı: Hesab edirik ki bundan sonra icra hakimiyyətinin  fəaliyyətinin bütün istiqamətlərində şəffaflıq təmin ediləcək məsələlərə sistemli yanaşma və sosial ədalət prinsipi rəhbər tuutlacaq. Bu yöndə işimizi müasir çağırışlara və yeni tələblərə innovvativ yanaşmalara uyğun quracaq bütün səyylərimizi insanların rifahının yüksəldilməsinə eləcə də sosial problemlərinin həllinə yönəldiləcək. 

Mərkəzdə xidmətin səmərəliliyinin artırılması məqsədilə fəaliyyət göstərən könüllülər vətəndaşların qəbulu və onlara ilkin sənədlərin hazırlanmasında yardım göstərəcək.  

 

Natiq Hüseyn