• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2359
— 14.02.2019 15:27

Gəncə Tarix Diyarşünasliq Muzeyi əsaslı təmir olunacaq

KepezTV Player

Gəncə Tarix Diyarşünasliq Muzeyi əsaslı təmir olunacaq. Respublikanın   ən qədim mədəniyyət ocaqlarından olan muzey 1924-cü ildən fəaliyyət göstərir. 95 il əvvəl 400-dən çox ekponatın nümayiş olunduğu muzeydə  hazırda qədim və müasir dövürə aid 30 mindən çox eksponat qorunur. Muzeydə 18 salon fəaliyyət göstərir ki, burada Gəncənin ən qədim dövrlərindən başlayaraq son zamanlara qədər olan tarixi, arxeoloji tapıntılar, maddi mədəniyyət abidələri, etnoqrafik, epiqqrafik, nümuzmatik nümmunələr ziyatəçilərə təqdim olunur. Əsaslı təmirdən sonra muzeydə səgilənən eksponatların sayı da artırılacaq.

Türkan Həsənova muzeyin əməkdaşı:Ən gözəl eksponatlarımızı hal-hazırda sərgiləməyimiz üçün ele bir şəraitimiz yoxdur. Çünki, gördüyünüz kimi işıqlandırma sistemi olsun, siqnalizasiyadır, xüsusi mühafizə sistemidir, bular hələ ki nasaz vəziyyətdədir. İnşallah təmirdən sonra hamısı yerbəyer olar. Və bizim daha gözəl, qədimdən qalan eksponatlarımızı sərgiliyə bilərik. Təmirdən sonra bizim iş prosesimiz daha gözəl və aktiv olacaq.