• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1839
— 14.02.2019 15:20

Aqrar könüllülərinin sayı 10000 nəfərə çatdırılacaq

KepezTV Player

 Konfransda “Aqrar İnkişaf Könüllüləri Hərəkatının” fəaliyyəti və Dövlət Aqrar İnkişaf Mərkəzlərində əyani təcrübə keçidiklərinə diqqət çəkilib.

Asəf Ömərov Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: “Kənd təsərrüfatında yeni yaranmış könüllülər yeni müasir texnalogiyyaları,müasir layihələr, innavativ texnalogiyyaları kənd təsərrüaftına gətirmək və tətbiq etmək bununlad ümum daxili məhsulun artımına nail olmaqdı”.

Sarvan Cəbrayılzadə “Aqrar İnkişaf Könüllüləri”nin sədri:“Biz çalışırıq ki, regionlarda gənclərin həm asudə vaxtını daha yaxşı təşkil edək, onların məşğulluğunu artıraq. Onlar vastəsi ilə əhalinin aqrar sahəyə baxışlarını dəyişdirək. İnnavatiq metodlarını təşviq edək. Əhali və fermerlər arasında sorğu keçirməklə onların fikirlərini öyrənək və onlara dəstək olaq”.

“Aqrar İnkişaf Könüllüləri Hərəkatı” 35 regionda fəaliyyət göstərir və 600-ə yaxın üzvü var.  İlin sonuna kimi bu hərəkat bütün regionları əhatə edəcək və təşkilatın üzvlərinin sayının 10 minə çatdırması planlaşdırılır.

Mahir Hacıyev Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru:“Nazirlər Kabinetinin qərarı ilə bu yaxın günlərdə doktranturanın fəaliyyəti başlayacaq.Oraya gənc kadrlar, elmi adın alınması üçün burada təhsil davam etdiriləcək. Bundan başqa müasir tələblərə cavab verən fermaların, laboratoriyaların inşası gözlənilir. Artıq Azərbaycanda Heyvandarlı Elmi Tətqiqat İnistitutu genetik mərkəz kimi fəaliyytə başlayacaq”.

Fərid Dünyamalıyev təşkilatçı:“Aqrar İnkişaf könüllüləri bir araya gəldi. Kənd Təsərrüaftının inkişafında öz rollarının müəyyən olunmasında, öz töhfələrin verilməsin də bu tədbir əhəmiyyətli olacaq”.

Konfransda gəncləri maraqlandıran məslələr barədə suallar cavablandırılıb.

 

Elnur Vahidoğlu