• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1844
— 14.02.2019 15:07

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboyda yeni inzibati binası açılıb

KepezTV Player

Xidmətin rəisi Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi üçün inşa edilən yeni inzibati binanın açılışında da iştirak edib. 3 mərtəbəli bina şəxsi heyətin fəaliyyəti üçün bütün şərait yaradılıb. Burada səfərbərlik işinin təşkili, çağırışçıların ordu sıralarına çağırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm tədbirlərin təşkili üçün lazımı imkanlar var. Mərasimdə Azərbaycanda ordu quruculuğu, 7 il əvvəl yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti barədə danışılıb. Xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görüldüyü, bir neçə rayonda yeni binaların istifadəyə verildiyi vurğulanıb. Bu istiqamətdə işlərin davam etdiriləcəyi önə çəkilib.