• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 14.02.2019 15:04

"Səyyar ASAN" 1 ay ərzində Goranboyda xidmət göstərəcək

KepezTV Player

Bərdə ASAN xidmət Mərkəzinin səyyar xidmət məntəqəsi 1 ay ərzində Goranboyda sakinlərə xidmət göstərəcək. Səyyar xidmətlər çərçivəsində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı kimi xidmətlərdən rahat və asan şəkildə istifadə etmək mümkün olacaq.

Murad İbrahimov Səyyar ASAN-nın qrup rəhbəri:“Səyyar avtobusumuzda yardımçı funksional xidmətlərdə göstərilir. Bunlar tibb xidməti, tərcümə xidməti Azəriqaz tərəfindən göstərilən xidmtətlərdir. Ümuniyyətlə bu günə qədər səyyar avtobusumuza 1400-dən artıq müracitə daxil olubdur. Onlarında əksəriyyəti şəxsiyyət vəsiqəsini verilməsi və dəyişdirilməsi, notarila tərəfindən göstərilən xidmtətlərdir.

Həqiqət Məmmədova sakin:“Gözəl qarşıladılar, sənədlərimi qəbul etdilər, çox səmimidilər buna görədə minnətdaram. Mən şəhid pulunun alınması üçün vərəsəlik bağlı müraciət etmişəm”

Emin Əsgərov sakin:“Rahatçıqlı olması üçün və vaxt itgisinə qənaət etmək üçün ASAN xidmətə müraciət etdim. Ödənişimi etdim, sənədlərimiz təqdim etdim pasportuu dəyişdim.”