• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2073
— 13.02.2019 11:51

Tələbə qətlə yetirilib

KepezTV Player

Şirvanda 18 yaşlı gənc həmyaşıdı tərəfindən qətlə yetirilib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini Rəşad Fətullayev atasının çalışdığı mağazanın qarşısında Amil Adıgözəlov tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Qətli törədən şəxs isə ərazidən uzaqlaşaraq aradan çıxıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının və təcili yardım əməkdaşları cəlb olunublar. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şirvan Şəhər Şöbəsinə aparılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Cinayəti törətməkdə şübhəli bilinən Amil Adıgözəlov saxlanılıb. Qətlə yetirilən Rəşad Fətullayev Bakı Dövlət Universitetinin tələbəsi olub. Faktla bağlı cinayət işi açılıb.