102 saylı Samux-Şəmkir seçki dairəsinin 51 məntəqəsi üzrə seçicilərin siyahıya alınması tam başa çatıb. Seçki məcəlləsinin tələblərinə uyğun olaraq aparılan siyahıyaalma dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məqsədi daşıyır. Dairənin 51 məntəqəsi Samux, 7-i isə Şəmkirdə yerləşir. İlkin məlumata görə dairə üzrə 45 min 375 seçici qeydiyyata alınıb ki, bu da ötən illə müqayisədə 100 seçici çoxdur. Bu seçicilərdən 38 min 610 nəfəri Samux, 7 mini isə Şəmkir rayon sakinləridir. Qeydiyyata alınanlardan 22 min 36 nəfəri kişi, 23 min 337 nəfəri isə qadındı. Dairə üzrə isə 23 bələdiyyə var ki, bunun da 19-u Samux, 4-ü Şəmkir rayon bələdiyyələridir.
Bayram Qasımov 102 saylı Samux-Şəmkir seçki dairəsinin sədri: “Bizdə öz növbəmizdə həmin məlumatları dairədə dəqiqləşdirilməsini aparırıq. Bu işlər gedir, dairə faəliyyətə başlayıb. Bizim bir operatorumuz var. Həmin operatora siyahılar təqdim olunur, o dərhal komputerə işlənir və ötürülür Mərkəzi Seçki Komissiyasının bazasına”.
- Baxış: 368