• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2199
— 12.02.2019 15:41

Goranboyda Prezident sərəncamının icrasına başlanılıb

KepezTV Player

Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolu bu il ərizndə yenidən qurulacaq.  

15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun yenilənməsi otuz iki min nəfər əhalinin gediş gəlişini asanlaşdıracaq. Uzunluğu 40 km olan yolun yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 21,3 milyon vəsait ayrılıb. Hazırda mövcud asfalt örtüyünün qazılması və daşınması, eləcə də yol yatağında torpaqlama işləri aparılır.

Cahangir Kərimov – sakin: “Yolumuz çox bərbad vəziyyətdə idi. Çox hissəsi çökək və yarasız olduğundan getmək gəlmək olmurdu. Maşınlar hərəkt edirdi vay o getməyə. Yeni çəkilən yol öz bəhrəsini gələcəkdə verəcəkdir. Bu yol həm strateji, həmdə iqtisadi cəhətdən böyük bir layihədir bizim üçün”

Tanrıverdi İsmayılov – sakin: “Yol mədəniyyət deməkdir. Çəkiləcək yol insanlarımızında maddi rifahına öz müsbət təsirini göstərəcəkdir. Yeni yoldan istifadə etməklə mənzil başına vaxtında çatacağıq”   

4-cü texniki dərəcəli olacaq yolun ümumi eni  6 metr yol çiyinləri isə hər tərəfdən 2 metr olacaq. Aparılan işlər çərçivəsində mövcud yol üzərində istismar müddətini başa vuran hidrotexniki qurğular da yenilənəcək.  

Prezidentin mövcud sərəncamı əsasında hazırda inşası davam etdirilən yol aqrar rayon olan Goranboyun kəndlərində yetişdirilən kənd təsərrüfatı məhsullarının rayon mərkəzinə, elcədə ətraf bölgələrə vaxtında daşınmasını da asanlaşdıracaq.

Xaliq Qurbanlı