Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə Tovuzda milli qəhrəmanlar Qasım Rzayev və Naiq Yusifovun xatirəsi yad edilib. Əvvəlcə Ağdam kəndində Naiq Yusifovun yaşadığı evin önündə xatirə barelyefinin açılışı olub. Milli qəhrəmanın şərəfli döyüş yolundan danışılıb, güclü dövlət və qüdrətli orudmuz sayəsində şəhidlərimizin qanının yerdə qalmaycağına əminlik ifadə olunub. Bədii hissədə məktəblilər vətənpərvərlik mövzusunda şerlər səsləndirib. Əlibəyli kəndində isə Qasım Rzayevin məzarını ziyarət edilib. Azərbaycan ordusunun gücündən danışılıb. Cəbhə kəndi olan Əlibəylidə gənclərin əsl vətənpərvər ruhda böyüməsi üçün həyata keçirilən tədbirlərdən danışılıb. Anım mərasimi məktəblilərin hazıərladığı ədəbi bədii kompazisya ilə davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 352