• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 12.02.2019 10:34

Motorola ucuz Moto G7 smartfonlarını göstərdi

Lenovoya məxsus Motorola şirkəti baha olmayan Moto G7 smartfonlarını göstərib. Seriyaya 4 model daxil olub: G7, həcmli G7 Power, ən ucuzu G7 Play və genişləndirilmiş ekranı və bir cüt kamerası olan G7 Plus. Yeniliklərin qiyməti 150-300 avro arasında dəyişir. Hamısı da Android 9.0 Pie-la işləyir və USB-C portu ilə təchiz olunub. Aralarında ən bahalısı G7 Plus-dur: 300 avro. O, 6,2 düymlük ekrana, orta səviyyəli Snapdragon 636 prosessoru, 4 QB operativ və 64 QB daxili yaddaş, eləcə də 3000 mAs həcmli batareyaya sahibdir. Arxada bir cüt 16+5 meqapiksellik kamera quraşdırılıb. Onun “avtogülüş” deyilən funksiyası və görüntünün optik stabilləşdiricisi var. Öndə isə 8 mp-lik selfi kamera gözə dəyir. Standart G7 isə 50 avro ucuzdur. Plusdan başqa digərləri Snapdragon 632 prosessoru ilə işləyir. G7-nin əsas kamerası 12+5 mp və öndəki isə 8 mp-dir. 210 avroluq G7 Power-ə gəldikdə onun əsas kamerası 12 mp-dir. Daxili yaddaşı isə 32 QB-lıqdır. Amma akkumlyatoru çox güclüdür: 5000 mAs. ən ucuz versiya olan G7 Play 150 avroyadır. Onun 5,7 düymlük kiçik ekranı, arxada yeganə kamerasının ölçüsü 13 meqapikseldir. Play 2 Qb operativ və 32 QB daxili yaddaşa malikdir.