• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3136
— 12.02.2019 14:09

Naməlum şəxslər fermaya od vuraraq qaçıblar

KepezTV Player

Göyçayda baş verən yanğın gecə saat 3:00 radələrində rayonun Şahsoltanlı kəndi ərazisində yerli sakin Mustafa Əmirova məxsus fərdi təsərrüfatda qeydə alınıb.Dərhal əraziyə FHN-in Göyçay və Ağsu Dövlət Yanğından Mühafizə hissələrinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1200 kvadratmetrlik ərazinin 400 kvadratmetrlik çardaq hissəsi və 20 tondan çox ot bağlaması yanıb. Təsərrüfat sahibinin sözlərinə görə, əvvəlcə fermaya naməlum şəxslər basqın edib,lakin oğurluq edə bilmədikləri üçün oraya od vuraraq qaçıblar.

Şamaxı rayonunda isə məktəb binasında yanğın olub. Alov Şəhriyar qəsəbəsində yerləşən idman məktəbində meydana gəlib. Dərhal əraziyə FHN-in Şamaxı Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa vaxt ərzində yanğının qarşısı alınaraq, ətraf ərazilərə keçməsinə yol verilməyib.

Daha bir yanğın hadisəsi Qax rayonunun Qum kəndində qeydə alınıb. Kənd sakini Fərid Həşimovun həyətyanı sahəsində yerləşən sauna anidən alovlanıb. Dərhal əraziyə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 maşını və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 130 kv.metr olan saunanın 25 kv.metrlik tavan hissəsi yanıb. Ətrafındakı tikililər alovdan mühafizə olunub. Yanğının saunada olan odun sobasından baş verdiyi ehtimal edilir.