• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1805
— 12.02.2019 13:43

Zəncirvari qəza olub,yaralılar var

KepezTV Player

Gəncədə isə zəncirvari qəza olub. Nizami Gəncəvi prospektində 5 avtomobil toqquşub. Hadisə nəticəsində Ağcəbədi rayon Minaxorlu kənd sakinləri - 59 yaşlı Əlihəddin Qarayev və qızı 30 yaşlı Lalə Qarayeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıblar. Onlara tibbi yardım göstərilib. Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.