• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1736
— 12.02.2019 13:33

Yol işçisini vuran "KamAZ" "UAZ"-a çırpılıb

KepezTV Player

Göygöldə ölümlə nəticələnən yol qəzası olub. Hadisə Bakı-Qazax magistralının 373-cü km-də, rayonun Balçılı kəndi ərazisindən keçən hissəsində baş verib. Daşkəsən rayon sakini, 27 yaşlı Mövsüm İsmayılov idarə etdiyi "Kamaz" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən yol kənarında iş aparan yol təsərrüfatı işçisi, Gəncə sakini 56 yaşlı Tofiq Allahverdiyevi vurub. Yük maşını daha sonra isə yol təsərrüfatına məxsus "UAZ" markalı avtomobilə çırpılıb. Tofiq Allahverdiyev aldığı xəsarətlərdən dünyasını dəyişib. İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi faktı araşdırır.