• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2512
— 11.02.2019 17:19

Kütləvi davada 4 nəfər bıçaqlandı

KepezTV Player

Sumqayıt şəhərində kütləvi davada 4 nəfər bıçaqlanıb. Hadisə idmançı gənclər arasında mübahisə zəminində baş verib. Zərərçəkənlərdən 31 yaşlı Anar Həsənov, 28 yaşlı Eldar Salamov və Emin Ələsgərovun vəziyyəti ağır qiymətləndirilir. Kütləvi dava zamanı onlarla gənc müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib. Şahidlərin sözlərinə görə, davada 30-a yaxın gənc iştirak edib. Fakt araşdırılır.