• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2502
— 11.02.2019 14:18

Ötən il Göygöl rayonunda 1489 istehsalçı 12 min ha ərazidə əkin aparıb

KepezTV Player

Ötən il Göygöl rayonunda kənd təsərrüfatının ayrı-ayrı növləri üzrə 1489 istehsalçı 12 min ha ərazidə əkin aparıb. Bu istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq, motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsindən 612 min 410 manat subsidiya verilib. Hazırda siyahıya alınması prosesi gedir.

Rəfayıl Mustafayev - fermer – “Keçən il 125 ha “Aran”, “Elit” və “R1” sortu olan buğda əkdim. Onunda subsidiyasını aldım yanacağa və sürtkü materiallarına görə hər hektara 90 manat verdilər. Heç bir gecikmə də olmadı, vaxtlı vaxtında alırıq sənədlərimizi təqdim edirik. Bu kənd təsərrüfatı ilə çalışanlar üçün çox xeyirdi. Kənd təsərrüfatı texnikası almışam, bütün texnikalarla təmin olmuşam. Həmin puldan da səmərəli istifadə edirəm. İstehsala yönəldirəm ki, həm məhsuldarlıq artsın, həm də əkin sahələrimi artıram”.

Göygölün Aşıqlı kəndində yaşayan Rəfayıl Mustafayev 10 ilə yaxındır rayonda buğda toxumunun əkini ilə məşğul olur. Fermer ötən il hər hektardan 35-40 sentner məhsul götürdüyü üçün bu il daha çox 135 ha əraziyə toxumluq buğda əkib və əkdiyi buğdaya görə subsidiya almaq üçün müraciət edib.

Adil Kərimzadə - Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin sektorunun müdiri – “ Rayon ərazisində istehsalçılar əsasən dövlət tərəfindən verilən subsidiyaları almaq üçün kənd ərazi komissiyalarına ərizə ilə müraciət edirlər. Kənd ərazi komissiyaları həmin ərizələri qəbul etdikdən sonra həmin əraziyə baxış keçirir və baxış aktı tərtib edərək sənədləri Dövlət Aqrar İnkişaf Mərkəzinə təqdim edirlər. Dövlət Aqrar İnkişaf Mərkəzində həmin sənədlərə baxılır və sonra növbəti sənədləri tərtib edərək Kənd Təsərrüfatı Nazirliyinə yəni Respublika komissiyasına göndərilir. Hazırda yazlıq əkinlər başa çatdıqdan sonra istehsalçılar kənd ərazi komissiyalarına müraciət edərək yardımlarını ala bilərlər”.

Fermerlər dövlət tərəfindən şəkər çuğundurunun hər tonuna 4 manat, təkrar əkin üçün hər hektara 50 manat eləcə də hər arı ailəsinə görə 10 manat, bundan başqa taxıl, yonca, qarğıdalı, günəbaxan və digər kənd təsərrüfatı məhsullarına görə subsidiyalar alırlar. Dövlət tərəfindən pulsuz olaraq fermerlərə kübrə, dərman, yancaq və sürtgü materialları da verilir. Ümumilikdə isə bu il Göygöl rayonunda kənd təsərrüfatın ayrı-ayrı növləri üzrə 13 min ha ərazidə əkinin aparılması planlaşdırılır.

 

Elnur Vahidoğlu