Ölkə prezidentinin göstərişinə əsasən fevralın 12-dən mayın 12-dək əhalinin icbari tibbi müayinəsinin keçirilməsinə başlanılacaq. Bu məqsədlə Göygöl rayonunda bütün xəstəxana və tibb məntəqələri hazır vəziyyətə gətirilib. Vətəndaşlar müayinə zamanı terapevt, cərrah, nevropatoloq, göz həkimi və digər ixtisas həkimlərinin qəbulunda olmaqla, rentgenflüoroqrafik, elektrokardioqrafik, laborator və digər müayinələrdən keçiriləcəklər. Mərkəzi Rayon Xəstəxanasının texniki, tibbi bazasının yetərli səviyyədə olması, aşkar olunan xəstəliklərin 90 faizini yerli şəraitdə müalicəsini mümükün edib. Bu da öz növbəsində müalicə üçün Bakı və digər böyük şəhərlərə göndərişlərin sayını kəskin azaldıb.
Eldar Muradov - Göygöl RMX-nın baş həkimin müavini: Göygöl MRX olaraq rayonumuz ərazisində 45 yaşayış məntəqəsində 272 kollektiv və təşkilatlarda və ümumi əhali arasında kütləvi tibbi müayinə aparılmasını planlaşdırırıq. Ümumiyyətlə götürdükdə əhalimizin nəzərdə tutulan böyük yaşlı əhalinin 70 faizdən çoxunun tibbi müayinələrə cəlb olunmasını düşünürük. Və mən hesab edirəm ki müayinələri bu ildə səmərəli şəkildə həyata keçirəcəyik.
- Baxış: 685