• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1976
— 11.02.2019 14:32

Səfərbərlik Xidmətinin əməkdaşları aprel şəhidlərini yad edib

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7–ci ildönümü ərəfəsində xidmətin Tovuz rayon şöbəsinin əməkdaşları 2016-cı ilin aprelində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan gizir Mirsalam Cəfərovun xatirəsini anıblar. Xidmətin əməkdaşları şəhidin ailə üzvləri ilə birlikdə Bayramlı kənd qəbristanlığında şəhidin məzarını ziyarət ediblər. Azərbaycan əsgərinin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan danışılıb. Ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunan Mirsalam Cəfərovun döyüş sücaətindən söz açılıb. Qüdrətli ordumuzun işğal altındakı torpaqlarımızı tezliklə azad edəcəyinə, Azərbaycanın dövlət bayrağının işğal altındakı ərazilərdə dalğalanacağına əminlik ifadə edilib. Şagirdlər vətənə, xalqa və qələbəyə həsr olunan şeirlər səsləndiriblər.

Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan daha bir hərbçi - 20 yaşlı Vüsal Alıyevin xatirəsi isə Şəmkirdə anılıb. Kür qəsəbəsində şəhidin məzarını ziyarət edilərək ruhuna dualar oxunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlnıblar. Vüsal Alıyevin şərəfli döyüş yolu, vətənin bütövlüyü uğrunda göstərdiyi şücaət, vətənə və dövlətə bağlılığından danışılıb. Ehtiyata buraxılmasına bir neçə gün qalmış şəhid olan əsgər ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Məktəblilərinin hazırladığı ədəbi-bədii kompazisiyada işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə olunub.

 

Natiq Hüseyn