• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 11.02.2019 13:04

İstintaq təcridxanasına telefon keçirilməsi cəhdinin qarşısı alınıb

KepezTV Player

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb. Məhkum Nurlan İbrahimliyə bibisi qızı, Sumqayıt şəhər sakini Günay Hüseynova tərəfindən gətirilmiş sovqata baxış zamanı plastmas yağ qabının içərisində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan mobil telefon və bir ədəd elektrik qidalandırıcısı aşkar edilib. Fakt araşdırılır.