• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 11.02.2019 13:24

Aksiz markasız siqaretlərin və spirtli içkilərin realizəsinin qarşısı alınıb

KepezTV Player

Ölkəyə qanunsuz yolla gətirilən külli miqdarda siqaretlərin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb. Belə ki, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və digər yerlərində müxtəlif üsullardan istifadə etməklə gizlədilən, aksiz markası ilə markalanmayan 17180 ədəd müxtəlif markalı siqaretlər və 4 ədəd 1 litrlik araq, 2 ədəd 1 litrlik viski aşkar edilərək götürülüb. Araşdırma aparılır.