• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1255
— 11.02.2019 13:22

İtmiş ekskavatorçunun tapılması üçün suçəkmə işlərinə başlandı

KepezTV Player

Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçayın sahilində aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində suya düşən 41 yaşlı Vüqar Qasımovun axtarışları davam etdirilir. Prosesə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub. Qazıntı işləri nəticəsində yaranan, dərinliyi 12-15 metr olan su hövzəsində suyun səviyyəsinin azaldılması məqsədilə suçəkmə işləri həyata keçirilir.