Novitec atelyesi Ferrari 812 Superfast superkarının öz versiyasını təqdim edib. Tünerlər hələlik yalnız kuzovda dəyişiklik ediblər. Güc sistemi toxunmaz qalıb. Kuzova karbon materialından elementlər əlavə ediblər ki, bu da aerodinamik xüsusiyyətlərin daha da keyfiyyətli olmasına gətirib çıxarıb. Klirensi 35 millimetr azalan avtomobil qısa müddətə klirensi 40 millimetrədək qaldıran sistem də qazanıb. Kupe üçün inkonel materialından idmansayağı eqzoz sistemi quraşdırıblar. Bu da standartdan 11 kiloqram yüngüldür. 100 millimetrlik polad borular səsin intensivliyini məsafədən dəyişmək imkan yaradır. Superkar 21 düymlük öndə və 22 düymlük arxada Vossen disklərilə təmin olunub. 800 at güclü və 340 km/saat sürətli Superfast 2017-ci ildə debüt edib.
- Baxış: 476