• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1542
— 11.02.2019 11:02

Tankla Land Roveri belə vurdular

YouTube kanallarında birində Land Rover Discovery avtomobilinin necə məhv edilməsi göstərilib. Əvvəlcə yolsuzluq maşınına tankdan atəş açılıb, daha sonra onu qumbaraatanla vurublar. Video çarxın ilk hissəsində maşın M60 Patton adlı tank tərəfindən atəşə məruz qalır. Mərmi motor bölməsinə tuş gəlir. Bütün proses yüksək sürətli kameralarla qeydə alınır. Daha sonra Land Roverə qarşı qumbaraatan silahdan istifadə ediblər.