• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 11.02.2019 11:01

Starship kosmik gəmisinin mühərriki sınandı

Yer kürəsinin peyki Ayın mənimsənilməsi gəlir baxımından potensial biznesdir. Onlarla varlı turist Aya səyahət üçün öz pullarından keçməyə hazırdırlar. NASA isə bu sahəyə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır. SpaceX şirkəti artıq Yer kürəsinin orbitindən kənara çıxmağa hazırlaşır. Belə ki, şirkət Starship kosmik gəmisinin vacib elementini Texasda test edib. Braunsvill adlı sınaq meydançasında Raptor adlı mühərrikin ilk sınağı keçirilib. Bu mühərrik Starship kosmik gəmisinin test versiyasına quraşdırılacaq. Şirkətin rəhbəri İlon Mask mühərrikin işə düşməsi üzrə maraqlı videonu paylaşıb. Hazırkı mərhələdə SpaceX şirkətinin əsas məqsədi raketin hazırlanma vaxtının azaldılması və xərclərin aşağı salınmasıdır. Mask qeyd edib ki, ilkin vaxtlarda şirkət mühərrikləri həm raketin işə salınmasında həm də raketin orbitdən kənara çıxmasında istifadə edəcək. Mühərriklərin dartma qüvvəsi 200 ton təşkil edir. Bu cür qərarı Musk, Aya sürətli şəkildə çatmaq ilə əlaqələndirib. Gələcəkdə isə mühəndislər müxtəlif göstəricilərə sahib iki Raptor mühərriki yaradacaqlar. Xərclərin aşağı salınması üçün şirkət həmçinin mühərriklərin ümumi sayını da azaldacaq. Musk-ın sözlərinə əsasən ilkin mərhələdə əvvəlcədən planlaşdırıldığı kimi mühərriklərin sayı 31 olmayacaq.

Bundan əlavə olaraq mühəndislər mühərriklərin bəzi komponentlərini sadələşdirəcəklər. SuperHeavy raketi və Starship kosmik gəmisi SpaceX şirkətinin kosmik strategiyasının əsas elementləri olacaqlar. Məhz onlar ilk turistləri Aya, astronavtları isə Mars planetinə aparacaqlar. Sözügedən layihə yüksək miqdarda investisiyalar tələb edir. Maskın sözlərinə əsasən xərclər aşağı salınmasa nəticədə SpaceX şirkəti iflasa uğraya bilər. 2020-ci ildə SpaceX şirkəti özünün Starlink layihəsinə start verməlidir. Perspektiv cəhətdən bu layihə SpaceX üçün əsas gəlir mənbəyi olmalıdır. Starship kosmik gəmisinin ilk missiyası Aya turistik uçuş olmalıdır. Sözügedən kosmik gəmi vasitəsilə yaponiyalı milyarder Yusaku Maezawa Ay ətrafına səyahət edəcək. Starship layihəsinin hələki digər bir müştərisi yoxdur. Əgər SpaceX şirkəti NASA-nın dəstəyini ala bilsə və Ayın mənimsənilməsi üzrə bir sıra müqavilə bağlasa, onda şirkət növbəti təcrübələri üçün gəlir əldə edə bilər.