Ölkdə ovçuluq təsərrüfatının müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulması ekologiya və təbii sərvətlər nazirliyində qeyri-hökümət təşkilatlarının, ovçuluq və ovçuluğun təşkili sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri ilə müzakirə olunub. Məqsəd zəngin fauna və floraya malik olan ölkəmizə ov üçün gələn turistlərin sayını artırmaq və prosesin qanuna uyğun şəkildə xüsusi nəzarət altında təşkilinə nail olmaqdır. Planın həyata keçirilməsi, qeyri-qanuni ovçuluğun qarşısını almaqla yanaşı, ov heyvanlarının eləcə də qoruq və yasaqlıqların daha yaxşı qorunmasına şərait yaradacaq.
İrşad Abbasov ekoloji ekspert: Ovçuluq dünyanı ən qədim sənətlərindən biridir. Biz bu gün ekoloji turizmin xüsisi ilə kənd turizmini inkişaf etdirərək qeyri neft sektorunun əsas hissələrindən birinə çevirməliyik. Ölkənin pul gələn sahələrindən prioritet məşğulluq növlərindən biridə ovçuluqdu. Mən inanıram ki, bu sahədə aparılan islahatlar Azərbaycanda eko truzmin inkişafına, ovçuluq truzmin inkişafına, ölkəyə gəlir gətirən bir sahəyə çevriləcək.
- Baxış: 655