• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 09.02.2019 16:34

Gəncədə ümumşəhər bilik yarışının final mərhələsi keçirilib

KepezTV Player

Gəncədə təbiət fənlərinə şagirdlərin marağını artırmaq məqsədilə ötən ilin oktaybrından davam edən ümumşəhər bilik yarışının final mərhələsi keçirilib. Təhsildə inkşaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olan 39 nömrəli məktəb tərəfindən təşkil olunan yarışlara şəhərin 46 məktəbindən 300 şagird cəlb olunub. Bu gün keçirilən final mərhələsində 16, 27 və 39 nömrəli məktəblərin yuxarı sinif şagirdləri komanada şəkilində kimya, biologiya və fizika fənlərindən sualları cavablandırmaqla xal toplayıblar. Yekunda münsiflər heyytənin qərarı ilə 16 nömrəli məktəbin şagirdləri 1-ci yeri, 27 nömrəli məktəbin kamandası 2-ci yeri, ev sahibi olan məktəbin şagirdləri isə 3-cü yeri tutblar. Qalib kamadanın üzvlərinə həvəsləndirici mükafatlar və diplomlar təqdim olunb.   

Ləman Həsənova – 16 nömrəli məktəbin şagirdi: “Kamandamız bu gün təbiət fənləri üzrə 1-ci yer tutudu. Bizim təbiət fənlərinə çox böyük marağımız vardır. Bu layihədə iştiak eləmək bizi bu sahəni daha dərindən öyərənməyə həvəsləndirdi. Biz gələcəkdə təhsilimizi bu yöndə davam etdirməyi düşünürük”

Nizami Rzayev – layihə rəhbəri: “ Təbiət fənlərinə şagirdlər arasında zəifdir. Bu layihəni bizdə hazırlamaqda əsas məqsədimiz o idi ki, yuxarı sinif şagirdləri arasında kimya, fizika və biologiya fənlərinə olan marağı artıamaqdır. Yarış həqiqətəndə şagirdlər arasında çox böyük maraq, həvəs yaratdı bu fənlərə. Belə ki, şagirdlər qalib olmaq üçün bu sahənin əlavə materaillarında istifadə etməklə təibət fənləri biliklərini artırmış oldular.

Xaliq Qurbanlı