• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 08.02.2019 18:04

Kanaldan qadın meyiti tapılıb

KepezTV Player

Göyçayda kanaldan cəsəd tapılıb. Qadın meyiti Şirvan kanalının Göyçayın Cəyirli kəndindən keçən hissəsində aşkar edilib və yaxınlıqdakı insanların köməyi ilə sudan çıxarılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar, meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Mərhumun Göyçay şəhər Qantəmir küçəsində qeydiyyatda olan 61 yaşlı Şəhla Abdullayeva olduğu məlum olub. Məlumata görə, o, ruhi xəstə imiş və ailə qurmayıb. Faktla bağlı araşdırma aparılır.