• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3128
— 08.02.2019 14:13

"Gənclər günü"nə həsr həsr edilmiş musiqi müsabiqəsi təşkil edilib

KepezTV Player

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə "Gənclər günü" nə həsr həsr edilmiş musiqi müsabiqəsi təşkil edilib. Müsabiqəyə Gəncə və Naftalan şəhərindən, Göygöl,Daşkəsən ,Goranboy, Bərdə və digər rayonlardan  nümayəndələr qatılıb. İştirakçılar  vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə çıxış ediblər. Münsiflər heyəti tərəfindən əsasən musiqi alətlərində fərqli ifaya, səhnə davranışına üstünlük verilib. İştirakçıların  www.veten-ugrunda.az  saytında səsverməsi həyata keçirilib. Müsabiqəninin keçirilməsində məqsəd hərbi qulluqçuları və istedadlı gəncləri bir araya toplamaq,   gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi,  hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin  nümayişi  ilə yanaşı xalq  və ordu  arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.