Mədəniyyət naziri Əbülfəs Qarayev Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından vətəndaşlar iştirak edib. Şəmkir rayonunda İmadəddin Nəsiminin 650 illik yubileyinin və Cənubi Qafqazda alman məskənlərinin 200 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi, Göygöl ərazisindəki alman qəbiristanlığına qoruq statusunun verilməsi, vaxtilə Göygöl şəhərində yaşamış alman icmasının nümayəndəsi Viktor Klaynın nazirliyin balansında olan evindən turistik məqsədlə istifadə edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər olunub. Məsələlərin bir qismi həllini tapıb, digərləri araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
- Baxış: 712