• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2207
— 08.02.2019 14:26

Gəncədə kənd təsərrüfatında elmi-innovativ tədqiqatların aparılması müzakirə edilib

KepezTV Player

Aparılan aqrar islahatlar nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılmasının, məhsuldarlığın daha da yüksəldilməsinin geniş potensial imkanları əmələ gəlib. Bu imkanlardan istifadə etmək üçün aqrar sahədə yeni texnologiyaların tətbiqi, elmi-innovativ tədqiqatların aparılması aktual məsələdir. Bu fikirlər Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda "Aqrar sahədə innovativ informasiya sisteminin formalaşması və inkişaf istiqamətləri" mövzusunda keçirilən elmi-praktiki konfransda səsləndirilib. Konfransda Gəncə və ətraf rayonlarda yerləşən elmi-tədqiqat institutlarının və universitetlərin alimləri, mütəxəssisləri, regionun qabaqcıl fermerləri iştirak ediblər. Ümumilikdə tədbirə 120-dən artıq iştirakçı qatılıb.