• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1976
— 08.02.2019 14:33

101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin məntəqələrində seçicilərin siyahı alınması başa çatıb

KepezTV Player

Azərbaycan Respublikası seçki məcəlləsinin tələblərinə uyğun olaraq keçiriləcək bələdiyyə seçkiləri üçün 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin məntəqələri üzrə seçicilərin siyahıya alınması tam başa çatıb. Prosesə yanvar ayının 10-dan başlanılıb və fevralın 5-də başa çatıb. Siyahıların bir nüsxəsi dairə seçki komissiyasına verilib, digəri isə məntəqələrdə saxlanılıb. Hazırda dairənin 9 üzvü seçicilərin sayını baza sistemi ilə bir daha dəqiqləşdirir və bu proses martın 5-nə kimi davam edəcək. Ümumilikdə dairə üzrə 74 məntəqə var ki, onlardan 46-ı Göygöl, 28-i isə Daşkəsən rayonunda yerləşir. Ötən il ümumilikdə 42 min 268 seçici qeydiyyat alınıb. Rayonda 52 kənd və qəsəbə üzrə 25 bələdiyyə faəliyyət göstərir.

Abbas Zalov - 101 saylı Göygöl-Daşkəsən Dairə Seçki Komissiyasının sədri: Keçən ilin müvafiq dövründən bu günə günə kimi 18 yaşı tamam olan seçicilər əlavə edilib. Dünyasını dəyişmiş seçicilər seçici siyahısından çıxarılıb, daimi yaşayış yerlərini tərk etmiş seçicilər siyahıdan çıxarılıbdı Bu göstəricilər müvafiq icra hakimiyyəti orqanlarının yerli ərazi nümayəndələrinin arayəşları, hərbi komissarlığın məlumatları əsasında aparılıb.

 

Elnur Vahidoğlu