• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 08.02.2019 14:35

Gəncədə ictimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib

KepezTV Player

Gəncədə ictimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı növbəti reyd keçirilib. Yoxlamalar zamanı kiçik və orta tutumlu nəqliyyat vasitələrini idarə edənlərin nizam-intizam qaydalarını pozması, sükan arxasında telefonla danışması, siqaret çəkməsi, vahid geyim formasından istifadə etməməsi kimi neqativ hallar aşkar edilib. Aparılan reyddə sənədsiz sürücülərə də rast gəlinib, onlar xətdən kənarlaşdırılıb. Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsindən bildirilib ki, bu il istismar müddətini başa vuran ictimai nəqliyyat vasitələrinin bir neçə xətt üzrə dəyişdirilməsi həyata keçiriləcək.

Azər Məmmədov - Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin sektor müdiri: Sahibkarlarla danışıq aparılıb, bunula bağlı avtobus və mikravtobusların dəyişdirilməsi nəzərdə tutulubdur. Bunula bağlı yaxın vaxtlarda işlərə başlanılacaqıd. Ümumiyyətlə şəhər ərazisində nizam-intizam qaydalarına əməl etməyən sürücülər çoxdur, sənədsiz sürücülərə rast gəlinir. Ən çox neqativ hallar 11 və 20 nömrəli marşurut xəttlərində müşahidə edilir.