• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 08.02.2019 14:00

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

KepezTV Player

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan idarə etdiyi "Oka" markalı avtomobili ilə gələn Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlamasında minik maşınının salonunda - ön oturacağın içərisində 5 000 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.